Azərbaycan çempionatının fərdi yarışlarına yekun vuruldu | FOTOLAR

Azərbaycan çempionatının fərdi yarışlarına yekun vuruldu    | FOTOLAR
  01 Dekabr 2024    Oxunub:383
Qadınlar və kişilər arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatının fərdi yarışlarına noyabrın 30-da yekun vurulub.
Bakı İdman Sarayında təşkil olunan ikinci yarış günündə final görüşlərindən əvvəl yubileylərini qeyd edən cüdo mütəxəssisləri - Fərhad Rəcəbli, Mövlud Mirəliyev, Natiq Bağırov, Əli Dəvrişov, Ruzbek Vəliyev, Faiq Ağayev və Sevda Qarayeva mükafatlandırılıblar.


Mərasimdə həmçinin Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərova Beynəlxalq Cüdo Federasiyası tərəfindən 6-cı dan, ağ-qırmızı kəmər və sertifikatı təqdim olunub.

Qeyd edək ki, turnirin ikinci günündə qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 112 cüdoçu medallar uğrunda mübarizə aparıb.


Fərdi yarışların yekunlarına əsasən "Neftçi" komandası 4 qızıl, 5 gümüş və 5 bürünc medalla Azərbaycan çempionatında birinci yeri tutub. "Atilla" klubu 3 qızıl, 2 gümüş və 5 bürünc medalla ikinci yerə sahib çıxıb. "Judo Club 2012" komandası isə 3 qızıl, 1 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında üçüncü olub.


Qeyd edək ki, "Azercell", "Azman Holdinq" və onun tərkibinə daxil olan "Mangal Steak House" restoranlar şəbəkəsinin sponsorluğu ilə keçirilən turnirin ümumi mükafat fondu bu il ilk dəfə olaraq 50 min manat təşkil edib.


Xatırladaq ki, ölkə çempionatının fərdi yarışlarında paytaxt və bölgələri təmsil edən 60 klubdan 324 (254 kişi, 70 qadın) cüdoçu mübarizə aparıb.
Azərbaycan çempionatına sabah qarışıq komanda yarışları ilə yekun vurulacaq.


Teqlər: Cüdo  





Xəbər lenti